DÜNYA


BMT-nin Baş katibi Yaponiyanın Baş naziri ilə Hiroşimada görüşəcək

Tokio, 2 avqust, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş avqustun 6-da Hiroşimanın atom bombardmanına məruz qalmasının ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 2-də Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno məlumat verib.

“BMT-nin Baş katibi avqustun 5-dən 8-dək Yaponiyaya səfər edəcək. Avqustun 6-da o, Hiroşima şəhərinin atom bombardmanı qurbanlarının xatirə mərasiminə qatılacaq və burada Baş nazir Fumio Kişida ilə görüşəcək. Bundan sonra onun Tokioda xarici işlər naziri Yoşimasa Hayaşi ilə görüşü planlaşdırılır”, - deyə Baş katib bildirib.

Qeyd edək ki, A.Quterreş 2018-ci il avqustun 9-da Naqasakidə atom bombardmanı qurbanlarının xatirə mərasimində iştirak edib. Növbəti dövrdə Baş katib Hiroşimada keçirilən mərasimə qatılmağı planlaşdırsa da koronavirus pandemiyasına görə bunu edə bilməyib.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.