CƏMİYYƏT


BMT-nin Baş katibi qlobal vaksinasiya planının hazırlanmasını zəruri hesab edir

Bakı, 19 fevral, AZƏRTAC

“COVID-19 insanların həyatını məhv etməyə və iqtisadiyyatı sarsıtmağa davam edir. Dünya əhalisinin vaksinasiya prosesi çətin ki, dürüst və bərabər hesab edilə bilər”.

Bu sözlərlə BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə günü Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edib.

AZƏRTAC BMT–nin xəbərlər xidmətinə istinadla xəbər verir ki, Baş katib vaksinlərin ədalətli bölüşdürülməsinin qlobal ictimaiyyət qarşısında duran əsas mənəvi vəzifə olduğunu qeyd edib.

Baş katib qeyd edib ki, bu gün COVID-19 əleyhinə bütün vaksinlərin 75 faizi cəmi 10 ölkənin payına düşür. Eyni zamanda, 130-dan çox ölkə vaksinlərin bir dozasını da almayıb.

A.Quterreş pandemiya ilə mübarizə, iqtisadiyyatın bərpası üzrə koordinasiyalı səylərin və xüsusilə qlobal vaksinasiya planının hazırlanmasının zəruriliyini bildirib. BMT rəhbəri hesab edir ki, Böyük İyirmiliyə daxil olan ölkələr belə bir planın hazırlanması ilə məşğul olan fövqəladə operativ qrup yaratmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.