DÜNYA
BMT-nin Baş katibi vaksinlərin ölkələr arasında ədalətli bölgüsünə çağırıb
Bakı, 12 iyun, AZƏRTAC
BMT-nin Baş katibi Antoniu Quterreşin fikrincə, koronavirus əleyhinə vaksin ölkələr arasında qeyri-bərabər və ədalətsiz bölünür.
AZƏRTAC “Sky News” telekanalına istinadla xəbər verir ki, Antoniu Quterreş, həmçinin inkişaf etməkdə olan ölkələrdə COVID-19 infeksiyasının “meşə yanğını kimi yayılmaması” üçün daha çox səy göstərilməli olduğunu deyib.
“Hər kəsin tez bir zamanda vaksinasiya olunması hamımızın marağı çərçivəsindədir”, - deyə BMT-nin Baş katibi bildirib. Onun sözlərinə görə, hazırda “virusla müharibə şəraitində yaşadığımızı etiraf etməli” və “dünya vaksinasiya planını” qəbul etməliyik.
Antoniu Quterreşin fikrincə, dünya vaksinasiya planı peyvəndlərin intellektual mülkiyyət məsələsini də həll etməlidir. O, həmçinin G7 sammitində digər ölkələrə koronavirus əleyhinə 1 milyard vaksin dozası ayrılması barədə məsələnin müzakirə olunacağını alqışlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]