DÜNYA


BMT-nin Beynəlxalq məhkəməsi İranın ABŞ-a qarşı iddiasını qismən təmin edib

Bakı, 3 oktyabr, AZƏRTAC

BMT-nin Beynəlxalq məhkəməsi iki ölkə arasında araşdırma aparılan müddət ərzində ABŞ-a qarşı müvəqqəti tədbirlər görülməsi barədə İranın iddiasını qismən təmin edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müvafiq qərar oktyabrın 3-də məhkəmənin sədri Abdulkavi Əhməd Yusif tərəfindən elan edilib. Onun sözlərinə görə, ABŞ mayın 8-də tətbiq etdiyi sanksiyaların İranın humanitar sahəsinə və mülki aviasiyasına zərər vurmamasını təmin etməlidir. Bundan başqa, məhkəmə hər iki tərəfi fikir ayrılığının dərinləşməsinə səbəb olacaq fəaliyyətlərdən çəkinməyə çağırıb.

Abdulkavi Əhməd Yusif, həmçinin xatırladıb ki, BMT-nin Beynəlxalq məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı məcburi xarakter daşıyır və tərəflər üçün beynəlxalq-hüquqi öhdəlikdir.

İranın Xarici İşlər Nazirliyi ABŞ-ın Tehrana qarşı bir sıra sanksiyalarının tətbiqinin dayandırılması barədə məhkəmə qərarını razılıqla qarşılayıb. Nazirliyin rəsmi mövqeyini Tasnim agentliyi dərc edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.