CƏMİYYƏT


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Vəkillər Kollegiyası ilə əməkdaşlığa böyük önəm verir

Bakı, 25 sentyabr, AZƏRTAC

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı ofisinin nümayəndələri ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyi arasında görüş keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, görüşdə kollegiyanın sədri Anar Bağırov ötən il ərzində vəkillik sahəsində görülmüş işlər, regionlarda həyata keçirilən layihələr, vəkilliyə qəbulun vəziyyəti barədə məlumat verib. Həmçinin bu müddətdə BMT və onun struktur bölmələri ilə daha sıx əlaqələr yaradıldığı, birgə layihələrin reallaşdırıldığı diqqətə çatdırılıb.

Eyni zamanda, A.Bağırov BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə səmərəli əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, birgə maarifləndirmə layihələri çərçivəsində paytaxtda və ölkənin regionlarında keçirilən layihələrə vəkillər fəal cəlb edilirlər. Bundan başqa, əhalinin həssas qrupları, aztəminatlı ailələr üçün mütəmadi pulsuz hüquqi yardım kampaniyası təşkil olunur. Belə tədbirlər hazırda da davam etdirilir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov təmsil etdiyi qurumun Vəkillər Kollegiyası ilə əməkdaşlığa böyük önəm verdiyini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində yaradılmış səmərəli əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişafında maraqlı olduğunu qeyd edib. O, ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi üçün vəkillərin davamlı peşə hazırlığının səviyyəsinin yüksəldilməsi istiqamətində görülməli olan işlər barədə tövsiyələrini verib.

Görüşdə, həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisinin nümayəndələri Kamran Bağırov, Rəşad Əliyev və Rəyasət Heyəti aparatının rəhbərliyi Fərhad Nəcəfov, Bayram Orucov da iştirak ediblər. Hər iki tərəf arasında prioritet əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.