İQTİSADİYYAT
BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə ilk dəfə Azərbaycan nümayəndəsi üzv seçilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə üzv seçilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) sentyabrın 14-də keçirilmiş iclasında BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, KOBİA-nın idarə heyəti sədrinin müşaviri Nadir Adilov komitənin üzvü seçilib.
Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin pakta tərəf dövlətlər tərəfindən icrasının monitorinqini aparır. 18 üzvdən ibarət olan komitəyə ilk dəfədir ki, Azərbaycan nümayəndəsi üzv seçilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]