SİYASƏT


BMT-nin Sivilizasiyalar Alyansı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında memorandum imzalanıb

Bakı, 26 sentyabr, AZƏRTAC

BMT-nin Sivilizasiyalar Alyansı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Anlaşma Memorandumunu Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Mərkəzin həmsədri İsmail Seragəldin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos imzalayıblar.

Sivilizasiyalar Alyansı Birləşmiş Millətlər Təşkilatının cəmiyyətlər arasında körpülər qurmaq, dialoq və anlaşmanı təşviq etmək, artan fikir ayrılıqlarının aradan qaldırılması üçün kollektiv siyasi iradə formalaşdırmaq, müxtəlif mədəniyyətlərə, adət-ənənələrə və dinlərə mənsub xalqlar arasında qarşılıqlı hörməti bərpa etmək, onları səfərbər olmağa ruhlandırmaq istiqamətində təşəbbüsləri reallaşdırmaq məqsədini həyata keçirən təşkilatdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanda yerləşən, dahi Azərbaycan şairi və müdrik Nizami Gəncəvinin irsini tərənnüm edən və dövrümüzün böyük problemlərinin mümkün həlli yollarının öyrənilməsində ali səviyyəli görkəmli şəxslərin iştirakını təşviq edən beynəlxalq qurumdur. Mərkəzin məqsədi xalqlar, mədəniyyətlər və millətlər arasında bilik, tolerantlıq, dialoq, anlaşmanı və müştərək cəmiyyətləri təşviq etməkdir.

Anlaşma Memorandumu hər iki qurumun mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, sosial inklüzivliyin təşviqi, ksenofobiya və nifrətlə mübarizə, dini yerlərin mühafizəsi üzrə Birləşmiş Millətlər Təşkilatının Fəaliyyət Planının həyata keçirilməsi, qarşılıqlı maraq doğuran iş sahələrində qabaqcıl təcrübə və biliklərin mübadiləsi, müvafiq layihə və tədbirlərin dəstəklənməsi üçün institusional əməkdaşlıq, gənclərə yönəlmiş layihə və təşəbbüslərin müəyyən edilməsi kimi istiqamətlərdə birgə əməkdaşlığa yeni təkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.