Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Bakı, 27 aprel, AZƏRTAC

BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası aprelin 27-də işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, iclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Maykl Kristides çıxışında bir çox regionlarda dözümsüzlük və ekstremizm hallarının ciddi fəsadlar törətdiyini bildirib. Mədəniyyətlər və dinlər arasında dialoqun təşviq olunmasının vacibliyinə toxunan M.Kristides Alyansın Dostları Qrupunda bu ideyanın yayılmasının əhəmiyyətinə toxunub. Sosial, iqtisadi, dini problemlərlə bağlı bütün məsələlərin həlli yollarının araşdırılmasından danışan baş katib dəyişikliklərə nail olmağın vacibliyini qeyd edərək deyib: “Sosial media məqsədlərə nail olmaqda əsas vasitə ola bilər. Biz siyasi liderlər kimi çıxış etməliyik. Siyasətçilər əsas iştirakçılardır. Onlar üzərinə düşən məsuliyyəti yerinə yetirməlidirlər. Plüralizm inklüzivliyin daha da möhkəmlənməsinə xidmət edir. Vətəndaş cəmiyyətinin fəalları, dini liderlər bizim ideyalarımızın yayılmasına dəstək ola bilərlər. Bizim vahid dünyamızda dözümsüzlük aradan qaldırılmalıdır. Gələcək nəsillərimiz bu bəladan azad olmalıdır. Bakı Bəyannaməsini dəstəkləyirik. Ümidvaram ki, Bakı Qlobal Forumu məqsədlərimizin beynəlxalq səviyyədə yayılmasına böyük təkan verəcək. Məhz hökumətlərarası regional iqtisadi təşkilat olan QDİƏT ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında Anlaşma Memorandumu imzalanacaq. Bunun nəticəsində hər iki qurum birgə daha sıx işləyə biləcək”.

Cəmiyyətlərdə dözümsüzlük hallarının aradan qaldırılmasının əhəmiyyətinə toxunan Argentinanın xarici işlər nazirinin müavini Karlos Foradori ölkəsinin BMT-nin Sivilizasiyalar Alyansının bütün ideyalarını yaymağa çalışdığını diqqətə çatdırıb. Argentinada dinlərarası, mədəniyyətlərarası dialoqa xüsusi diqqət ayrıldığını deyən K.Foradori görülən bütün işlər nəticəsində mədəni fərqlərin bərqərar olmasına dəstək verdiklərini diqqətə çatdıraraq bildirib: “Biz arzulayırıq ki, sülh və sabitlik hər bir yerdə təmin edilsin. Biz, eyni zamanda, qarşılıqlı anlaşmanı daha çox təşviq etməliyik. Gənclər cəmiyyətlərimizin gələcəyidir. Onlar sülhün bərqərar olması üzərində işləməlidirlər. Belə forumlar maneələrin aradan qaldırılması üçün əhəmiyyətli xarakter daşıyır”.

Finlandiya Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası və dinlərarası dialoq prosesləri üzrə səfiri Pekka Metso ölkəsində fərqli dini icmaların nümayəndələrinin dəvət olunaraq onların problemlərinin hər zaman dinlənildiyini qeyd edib. Finlandiyada mədəniyyətlərarası dialoqun təşviq edilməsi sahəsində çoxsaylı seminarların təşkil olunduğunu bildirən P.Metso Bakı Forumunun mövzusunun aktuallığına toxunub.

Yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin mədəniyyət siyasəti üzrə baş direktoru Teresa İndjeyn BMT-nin Sivilizasiyalar Alyansının müxtəlif sahələri özündə birləşdirdiyini söyləyib. Səmərəli dialoqun müxtəlif dinlər arasında bugünkü diplomatiyanın mühüm aləti olduğunu diqqətə çatdıran T.İndjeyn dialoqun gücünün gündən-günə artdığını qeyd edərək deyib: “Biz, həmçinin dini liderlər və vətəndaş cəmiyyətləri arasında dialoqu təşviq etməliyik. Mətbuat bu sahədə ən vacib elementlərdəndir. Mətbuatda verilən doğru-düzgün məlumatlar bizim ideyalarımızın yayılmasına yardımçı ola bilər”.

İnklüziv cəmiyyətin formalaşdırılması üçün zorakılığın aradan qaldırılmasının vacibliyini deyən Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova ölkəsinin Bakı Bəyannaməsini alqışladığını bildirib. Məqsədə nail olmaq üçün israr nümayiş etdirməyin əhəmiyyətini qeyd edən səfir dini dözümsüzlük, radikallaşma meyillərinə qarşı hərtərəfli yanaşmanın vacibliyini vurğulayıb.

Pakistanın multikulturalizm ideyalarını dəstəklədiyini bildirən səfir Xalid Usman Qaiser ölkəsində azlıqlar üzrə milli komissiyanın yaradıldığını diqqətə çatdıraraq deyib: “Dinlərarası ahəngdarlıq komitələri qurulub. Pakistanda Azlıqlar Günü qeyd olunur və hökumət tərəfindən onlara təqaüd ayrılır. Biz onlar üçün imkanları təmin etməyə çalışırıq. Bu baxımdan Pakistan BMT-nin Sivilizasiyalar Alyansının işinə töhfə verməyə hazırdır. Daha sülh sevər cəmiyyəti qura bilmək üçün biz hamımız birləşməliyik. Biz mədəniyyətlərarası dialoq vasitəsilə anlaşılmazlıq hallarını aradan qaldırmağa nail olmalıyıq. Mədəni müxtəliflik bütün ölkələrdə qorunub saxlanılmalıdır. Azərbaycan bunun ən yaxşı nümunəsidir”.

Qarşılıqlı anlaşmanın xalqlar arasında dərinləşdirilməsinin əhəmiyyətindən danışan Hindistanın Azərbaycandakı səfiri Sancay Rana bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının əsas prinsipləri olan təhsil, gənclərin inkişafı, mətbuatın obyektivliyi hər bir cəmiyyətdə təşviq edilməlidir. Bu, beynəlxalq ictimaiyyətin gördüyü ən vacib məsələlərdən biridir. Bütün bu məsələlər zorakı ekstremizmin aradan qaldırılması üçün vacib amillərdir.

İnklüziv cəmiyyətlərdə birgəyaşamanın əsas məqsəd olduğunu deyən Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çang-Gyu beynəlxalq ictimaiyyətin üzləşdiyi müxtəlif çağırışlardan danışaraq bildirib: “Biz qorxu, dinlər arasında dözümsüzlüyü müşahidə edirik. Dünyada hələ də miqrasiya böhranı davam edir. Zorakı ekstremizm daha çox baş qaldırır. Biz radikallaşmanın gənclər arasında yayılması səbəblərini araşdırmalıyıq. Bakı Bəyannaməsini imzalamaqla biz Alyansın dörd prioritet sahəsində görüləcək tədbirlərə tərəfdaş olduğumuzu bir daha bəyan etdik”.

İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət, sosial və ailə məsələləri departamentinin baş direktoru xanım Mehla Telebna müxtəlif incəsənət sahələrini inkişaf etdirməklə insanların mədəniyyətlərarası dialoq devizi altında yaşaya bilməsinin əhəmiyyətinə toxunub. İƏT-in əsas səylərini zorakılığa qarşı mübarizəyə yönəltdiyini qeyd edən M.Telebna qurumun demokratik təsisatların inkişaf etdirilməsi sahəsində işlədiyini bildirərək deyib: “Ayrı-seçkiliyə və ədavətə qarşı mübarizə aparılmalıdır. İƏT İstanbul Prosesinə dəstəyini ifadə edir. Dialoq mədəni müxtəlifliyə söykənməlidir. Ardıcıl və birgə səylər olmadan biz məqsədlərimizə nail ola bilməyəcəyik”.

Vətəndaşlar arasında inklüziv dialoqun formalaşdırılmasının mədəniyyətin və dinin daha geniş təbliğ olunmasına xidmət etdiyini deyən Taylandın Xarici İşlər Nazirliyinin müşaviri Çaisiri Anamaru qeyd edib ki, hər kəs sülh və tolerantlıq ideyalarının yayılmasında birgə işləməlidir. Biz istərdik ki, mədəniyyətlər arasında körpülər salınsın.

Hər kəs üçün bərabər şəraitin xüsusi əhəmiyyət kəsb etdiyini deyən Sloveniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar üzrə departament müdiri Blazka Kepiç bildirib ki, əsas diqqət gənclərə yönəldilməlidir. Gənclərin təhsilinə diqqət artırılmalıdır. Bu cür tədbirlərin görülməsi üçün BMT-nin təhsil proqramlarından yararlanmaq lazımdır. Sosial-siyasi məsələlərin araşdırılmasında qadınların iştirakı artırılmalıdır. Qadınlar mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün bu prosesə qoşulmalıdırlar. Onlar xalqlar arasında bu dəyərlərin yayılmasına töhfələrini verməlidirlər. Daha çox müzakirə təşkil etməklə daha yaxşı qarşılıqlı anlaşmaya nail olacağıq.

Digər çıxış edənlər ekstremizmin bütün formalarının qarşısının alınmasının vacibliyini vurğulayıb, hər bir cəmiyyətin radikallaşmanın aradan qaldırılmasına çalışmalı olduğunu qeyd ediblər. Gənclərin bəzi mənfi təbliğat qarşısında zəif təbəqə olduğunu deyən natiqlər onların terrorçu qruplaşmalar tərəfindən istifadə olunmasının qarşısının alınması üçün hər bir hökumətin fəaliyyət planı hazırlamasının vacibliyini diqqətə çatdırıblar. Universal dəyərlərin, plüralizmin, mədəniyyətlər arasında qardaşlıq tellərinin təşviqinin davamlı inkişafda vacib amil olduğunu bəyan edən natiqlər Alyansa öz dəstəklərini bir daha bəyan ediblər.

 

BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO