CƏMİYYƏT


BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar fləşmoblar təşkil olunub

Bakı, 29 iyun, AZƏRTAC

Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar Bakı şəhəri Yasamal və Nəsimi rayonlarında, habelə respublikanın Gəncə və Sumqayıt şəhərlərində “Gənclər sağlam həyat tərzini seçir!”, “Narkomaniyaya yox deyirik!”, “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!”, “Sağlam gələcəyi seç – Bizdən biri ol!” adlı silsilə fləşmoblar təşkil olunub.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan bildiriblər.

Fləşmoblar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında imzalanan tədbirlər planına uyğun olaraq hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.