SİYASƏT


BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə apardıqları danışıqları alqışlayıb

Bakı, 17 oktyabr, AZƏRTAC 

BMT-nin baş katibi Antoniu Quterreş oktyabrın 16-da Prezident İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə keçirdikləri danışıqları alqışlayıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib. Onun sözlərinə görə, baş katib iki dövlət başçısının danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasına dair razılığa gəlmələrini dəstəkləyir. Əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyən Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün tərəfləri son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.