SİYASƏT


BMT-nin baş katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələrini alqışladığını bəyan edib

Bakı, 18 yanvar, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüşün nəticələrini alqışladığını bəyan edib.

AZƏRTAC xəbər verir ki, A.Quterreşin BMT-nin katibliyi tərəfindən yayılmış bəyanatında deyilir ki, baş katib tərəflərin uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına sadiq qalmasını, xüsusən nazirlərin hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə etmələrini alqışlayır.

BMT-nin baş katibi, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına tam dəstəyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.