DÜNYA


BMT-nin baş katibi: Bəşəriyyət pandemiya sınağından keçə bilmədi

Bakı, 24 sentyabr, AZƏRTAC

Bəşəriyyət yeni koronavirus pandemiyası sınağından keçə bilmədi, xəstəlik səbəbindən həyatını itirənlərin sayı artıq milyona yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş Baş Assambleyanın iclasında çıxış edərkən deyib.

“Pandemiya beynəlxalq əməkdaşlıq üçün keçə bilmədiyimiz sınaq idi. Koronavirus bütün dünyada 30 milyondan çox insana yoluxub və bir milyona yaxın insanı öldürüb, o, nəzarətdən çıxıb. Bu, qlobal hazırlıq, qarşılıqlı fəaliyyət, birlik və həmrəylik çatışmazlığının nəticəsidir”, - deyə Antonio Quterreş bildirib.

“Koronavirus bütün dünyanın üzərini qara bulud kimi alıb. Həmçinin o, bizi fəaliyyətə təşviq edəcək xəbərdarlıq oldu. Seçim haqqımız yoxdur. Ya qlobal institutlar çərçivəsində birləşməli, ya da fitnə və xaosla əzilməliyik”, - deyə baş katib əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.