DÜNYA


BMT-nin baş katibi Burkina-Fasoda 40 nəfər dinc sakinin öldürülməsi ilə bağlı bəyanat verib

Bakı, 7 yanvar, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Burkina-Fasoda 40 nəfər dinc sakinin öldürülməsi ilə bağlı bəyanat verib.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bəyanatda bu Qərbi Afrika ölkəsində dinc əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə olunub. A.Quterreş qeyd edib ki, Yirqou kəndində Malidən gələn ekstremistlərin yerli fulani tayfasının üzvlərini amansızlıqla qətlə yetirməsi ağır cinayət aktıdır. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verən baş katib yaralıların tezliklə sağalmasını arzulayıb.

Burkina-Faso hökuməti bu qırğınla bağlı ölkədə fövqəladə vəziyyət elan edib və Mali ilə sərhədi bağlayıb. BMT-nin baş katibi isə təşkilatın terrorçularla mübarizədə, sülhün və sabitliyin bərqərar olmasında və dayanıqlı inkişafın təmin edilməsində ölkə rəhbərliyinə dəstək olacağını bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.