DÜNYA


BMT-nin baş katibi Suriyanın cənub-qərbində döyüşləri dayandırmağa çağırıb

Bakı, 30 iyun, AZƏRTAC

BMT-nin baş katibi Antonio Quterreş şənbə günü Suriyanın cənub-qərbində döyüşləri dayandırmağa çağırıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, BMT-nin bəyanatında baş katibin Suriyanın cənub-qərbində hərbi hücumlardan və insan itkisinin artmasından narahat olduğu və hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığı bildirilir. Antonio Quterreş, həmçinin tərəflərə beynəlxalq humanitar qaydalara və 2017-ci ildə bağlanmış deeskalasiya sazişinə hörmətlə yanaşmaq çağırışı ilə müraciət edib.

Bundan əvvəl BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsinin yaydığı məlumatda Suriyanın cənub-qərbində hərbi əməliyyatlarla bağlı iki gün ərzində ərazidən köçürülən insanların sayının 2,5 dəfə artaraq 160 min nəfərə çatdığı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.