CƏMİYYƏT


BMT-nin ekspertləri Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumatlandırılıblar

Bakı, 24 yanvar, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsinin Cenevrədə təşkil olunan 92-ci sessiyasında Azərbaycan Hökumətinin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə beşinci və altıncı birgə dövri məruzəsinin ikinci raundu keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Konvensiya üzrə 7-10-cu klasterlər və Fakültətiv protokollar üzrə hesabat təqdim olunub.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin ekspertlərinin sualları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb.

Konvensiyanın 7-10-cu maddələrinə uyğun olaraq, əlillik, sağlamlıq və rifah, təhsil, asudə vaxt və mədəni fəaliyyət, xüsusi müdafiə tədbirləri üzrə məlumatlar təqdim olunub.

Eyni zamanda, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair və Uşaqların silahlı münaqişələrə cəlb olunmasına dair Fakültətiv protokollarının icrası istiqamətində məruzələr dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.