İQTİSADİYYAT


BMT-nin hesabatı: “Azexport” və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

Bakı, 15 oktyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibində fəaliyyət göstərən 5 komissiyadan biri olan Asiya-Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 8-ci iclası baş tutub. Tailandın paytaxtı Bankok şəhərində keçirilən iclasa həsr olunan sənəddə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Azərbaycan Rəqəmsal Ticarət Qovşağı (DTH) və “Azexport.az” layihələri barədə ətraflı məlumatlar dərc edilib.

İİTKM-dən AZƏRTAC-a verilən məlumata görə, “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov tədbirə dair sənəddə Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli Fərmanına uyğun olaraq yaradılan “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” Asiya və Sakit okean ölkələrində “transsərhəd kağızsız ticarət” üzrə ən yaxşı təcrübələr bölməsində yer aldığını bildirib.

Sənəddə DTH portalı tərəfindən təqdim olunan imkanlardan istifadə etməklə elektron və mobil rezidentlər Azərbaycandan və ya istənilən digər ölkədən tamamilə onlayn şəkildə şirkət təsis və idarə edilməsinin mümkünlüyü ilə yanaşı, Azərbaycanın qeyri-rezidentlərə m-Rezidentlik təqdim edən ilk ölkə olduğu da vurğulanıb.

Bununla yanaşı DTH-ın dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində hər iki tərəfin xidmətlərinin birgə təqdim olunması baxımından uğurlu nümunə olduğu vurğulanıb.

Həmçinin təqdim olunan “Onlayn Vahid İxrac Ərizəsi” sahibkarlara ixrac edəcəyi məhsullar üçün tələb olunan sertifikatların məmur-sahibkar təması olmadan onlayn qaydada alınmasına imkan yaratdığı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.