DÜNYA


BMT-nin hesabatı: qətl cinayətlərində ölənlərin sayı silahlı münaqişə qurbanlarından çoxdur

Bakı, 9 iyul, AZƏRTAC 

BMT-nin hesabatında qeyd olunub ki, dünyada cinayətlər nəticəsində ölənlərin sayı silahlı münaqişə zonalarında həlak olanlardan çoxdur. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, tədqiqatlar təkcə 2017-ci ildə 464 min nəfərin qətllə nəticələnən cinayətlərin qurbanı olduğu bildirilir. Bu, silahlı münaqişələrdə həlak olanların sayından beş dəfə çoxdur.

BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə Ofisinin (UNODC) hazırladığı hesabata görə, bu cinayətlərin törədildiyi ən təhlükəli region Mərkəzi Amerikadır. Burada hər 100 min nəfərə 62,1 qətl törədilib.

BMT Qətl Cinayətlərinin Tədqiqi Agentliyinin 2019-cu il üçün hesabatında isə bildirilir ki, qətllərin ən az olduğu təhlükəsiz region Asiya, Avropa və Okeaniyadır. Hər 100 min nəfərə 13 qətl düşən Afrikada vəziyyət Amerikadan yaxşıdır (17 qətl). İnsanların qətlinin beşdəbiri mütəşəkkil cinayətkar qrupların payına düşür. Qeyd olunur ki, bu qrupların pozucu fəaliyyəti ölkələrdə sabitliyi pozur, sosial-iqtisadi inkişafa mane olur və qanunların aliliyini arxa plana keçirir. Bundan başqa, 41 ölkədə aparılan araşdırmalar göstərib ki, qətl törədənlərin əksəriyyəti, habelə onların qurbanlarının çoxu kişilərdir. Qətl qurbanlarının və onları törədənlərin arasında 15-29 yaş arasında olanlar üstünlük təşkil edirlər. Məsələn, Amerikada öldürülənlərin 40 faizi 18-19 yaşlı gənclərdir. Hesabatda korrupsiya, insan alveri və narkotik maddələrin qeyri-leqal dövriyyəsinin də bu cinayətlərin sayını artırdığı vurğulanır.

UNODC-nın tədqiqatları göstərir ki, qətl cinayətlərinin sayı 1992-ci ildəki 400 mindən 2017-ci ildə 460 minə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.