CƏMİYYƏT


BMT-nin internet idarəçiliyi mövzusunda parlament forumu keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC

Polşanın ev sahibliyi ilə dekabrın 7-8-də BMT-nin İnternet idarəçiliyi mövzusuna həsr edilmiş onlayn parlament forumu keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Nigar Arpadarai və Naqif Həmzəyev iştirak ediblər. Forumda rəqəmsal məkan üçün qanunvericilik yanaşmaları mövzusunda geniş müzakirələr aparılıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin ikinci günündə deputat Nigar Arpadarai “Sosial media sahiblərinin cəmiyyət qarşısında məsuliyyəti, istifadə edilən alqoritmlərin şəffaflığı” mövzusunda çıxış edib.

Deputat müasir dünyada demokratiyanın üzləşdiyi problemlər, bu sahədə internetin və sosial medianın rolu, sosial şəbəkələrdən sui-istifadə, sosial mediada yalan və manipulyasiyalar, sosial media sahiblərinin cavabdehlik mexanizmi, kommersiya maraqlarının məxfiliyi və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.