DÜNYA


BMT-nin məruzəçisi: İrana qarşı sanksiyalar beynəlxalq hüquqa ziddir

Tehran, 19 may, AZƏRTAC

İrana qarşı tətbiq olunan bir sıra iqtisadi sanksiyalar insan hüquqlarına və beynəlxalq qanunlara ziddir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin İran üzrə xüsusi məruzəçisi Alyona Duxan Tehranda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, sanksiyalar İrana insan hüquqları ilə əlaqədar üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə imkan vermir. İran cəmiyyətinin sağlamlaşdırılması üçün sanksiyalar aradan qaldırılmalıdır.

Məruzəçi tibbi avadanlıq və dərman preparatlarının İrana gətirilməsini qadağan edən sanksiyaları xüsusilə amansız hesab edib. Nəzərə çatdırıb ki, qadağalar İranda aztəminatlı ailələrə daha çox mənfi təsir göstərir. Bəzi xəstəliklərin müalicəsi üçün dərmanlar tapılmır ki, bu da universal xarakter daşıyan insan hüquqlarına ziddir.

Alyona Duxan nəzərə çatdırıb ki, İranın 1970-ci illərdən bəri sanksiyalara məruz qalması ağır nəticələrə gətirib çıxarıb. Hazırda müxtəlif ölkələrin banklarında İrana məxsus 120 milyard dollar vəsait dondurulub. İran bu vəsaitdən istifadə edib insanların sosial-iqtisadi vəziyyətini yaxşılaşdıra bilmir. İranın 700-dən çox hüquqi və fiziki şəxsi sanksiyalara məruz qalaraq heç bir kommersiya fəaliyyəti göstərə bilmir. Sanksiyalar iri şirkətlərin və sərmayədarların İranı tərk etməsinə səbəb olub. Bütün bunlar insan hüquqları daxil olmaqla, ölkənin ümumi inkişafına böyük maneələr törədib.

BMT-nin nümayəndəsi ABŞ, Kanada və sanksiyalara qoşulan digər ölkələrə müraciət edərək İrana qarşı tətbiq olunan sanksiyaları aradan qaldırmağa çağırıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.