CƏMİYYƏT


BMT-nin mühafizə və təhlükəsizlik şöbəsinin nümayəndələrinə Ermənistanın mülki azərbaycanlılara qarşı cinayətləri barədə məlumat verilib

Bakı, 16 noyabr, AZƏRTAC

BMT-nin mühafizə və təhlükəsizlik şöbəsinin Azərbaycan, Belarus və Rusiyada təhlükəsizlik məsələləri üzrə regional məsləhətçisi Freyzer Kinq və BMT Azərbaycanın mühafizə və təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Fuad Cəfərov Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş qərargahında olublar.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı ANAMA direktoru Qəzənfər Əhmədov nümayəndələrə agentliyin fəaliyyət göstərdiyi bütün aspektləri, sentyabrın 27-dən etibarən agentlik tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz əməliyyatlar, eləcə də erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlər haqqında geniş məlumat verib.

ANAMA tərəfindən Ermənistan silahlı qüvvələrinin beynəlxalq konvensiyalarla qadağan olunmuş kaset sursatları, tərkibində ağ fosfor olan sursatlar, eləcə də yaşayış məntəqələrimizə düşməklə daha çox fəsad törədən, dağıntılara və mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olan hərbi sursatlar (Elbrus/SCUD), “Toçka-U” sisteminə aid 9M79M raketi, “SMERÇ” yayılım atəşli raket sistemindən (YARS) atılan 300 mm-lik raketlər barədə geniş məlumat təqdim olunub. Eyni zamanda, qeyd olunmuş yaşayış məntəqələrinə atılan sursatların qalıqları sübut kimi missiya nümayəndələrinə nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.