CƏMİYYƏT


BMT nümayəndəsi Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Bakı, 16 iyun, AZƏRTAC

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatı ilə əlaqədar Cenevrə şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova ilə görüşüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Olqa Alqayerova, ilk növbədə, Dövlət Komitəsinin sədri ilə görüşməkdən məmnun olduğunu ifadə edib, icraçı katibi olduğu Avropa İqtisadi Komissiyası, onun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, təmsil etdiyi qurum ətraf mühit, nəqliyyat, innovasiyalar, rəqabətlilik, əhali və statistika üzrə fəaliyyətlər həyata keçirməkdə mandatlıdır.

İcraçı katib, həmçinin regional səviyyədə "UN Women" təşkilatı ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Bahar Muradova əvvəlcə Cenevrəyə CEDAW hesabatının təqdim edilməsi ilə bağlı edilən səfər çərçivəsində təşkil olunmuş görüşə görə təşəkkürünü bildirib. Komitə sədri Azərbaycanda qadın hüquqlarının müdafiəsi və onlara bərabər imkanların yaradılması barədə danışaraq, xüsusilə SPECA-nın Gender və Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupunun virtual iclasını vurğulayıb.

Bahar Muradova Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə 3-cü könüllü hesabatını təqdim etdiyini də diqqətə çatdırıb.

Komitə sədri xüsusi diqqəti işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi məsələsinə çəkərək, bu sahədə səmərəli beynəlxalq tərəfdaşlığın və zəruri resursların səfər edilməsinin vacib olduğunu bildirib. O bildirib ki, ərazilərin minalardan təmizlənməsi prosesinin sürətlənməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına qaytarılması və bu ərazilərin sosial-iqtisadi reinteqrasiyası üçün xüsusi əhəmiyyətə malikdir.

Sonda birgə əməkdaşlıq çərçivəsində qadınlara yönəlik həyata keçirilə biləcək layihələr barədə müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.