CƏMİYYƏT


BMT və ASAN Radio BMT 75 təşəbbüsünün Azərbaycanda təşviqinə başlayır

Bakı, 7 iyul, AZƏRTAC

BMT-nin Azərbaycandakı nümayəndəliyi və ASAN Radio Azərbaycanda BMT 75 təşəbbüsünü təşviq etmək üçün yeni layihəyə başlayır.

AZƏRTAC xəbər verir ki, ən böyük qlobal müzakirə olan bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümünə həsr olunub. Layihə 20 dəqiqəlik həftəlik verilişdən ibarət olacaq və BMT 75 təşəbbüsünün ilboyu soruşacağı üç əsas sualı müzakirə edəcək: "Hansı gələcəyi qurmaq istəyirik?", “Biz düzgün yoldayıqmı?", "Boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq?".

“BMT 75” adlanan veriliş həftənin çərşənbə axşamı günlərində saat 18:05-də efirə gedəcək və dövlət qurumları, vətəndaş cəmiyyəti, akademik dairələr, özəl sektor və gənclər təşkilatlarının nümayəndələrini bir araya gətirəcək.

"BMT 75 sadəcə yubiley münasibətilə keçirilən bir bayram olmayacaq. Bu, BMT-nin qorxu və münaqişələrdən azad dünya vədinin daha yaxşı həyata keçirilməsini təmin etmək üçün birgə işləmək, habelə müxtəlif strategiya və təklifləri dinləmək ili olacaq”, - deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

Bu veriliş həmçinin BMT 75 təşəbbüsünün əsas elementlərindən olan bir dəqiqəlik qlobal sorğunu da təşviq edəcək. Sorğu Azərbaycan dilinə də tərcümə olunub - https://un75.online/?lang=aze . Onun nəticələri dünya liderləri və BMT-nin yüksək rütbəli rəsmilərinə bu il sentyabrın 21-də BMT-nin 75 illik yubileyi münasibətilə keçiriləcək yüksək səviyyəli tədbir zamanı təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.