İQTİSADİYYAT


BMT və Azərbaycan korporativ məsuliyyəti və dayanıqlı biznesi təşviq etmək üçün anlaşma memorandumu imzalayıb

Bakı, 22 oktyabr, AZƏRTAC

BMT-nin Azərbaycandakı ofisi oktyabrın 21-də Sahibkarlığın İnkişafı Fondu (SİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BMT-nin qlobal sazişi vasitəsilə korporativ dayanıqlığı təşviq etmək üçün anlaşma memorandumu imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənədi BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və SİF-in İdarə Heyətinin sədr əvəzi Osman Xaliyev imzalayıblar. Memorandumun məqsədi Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli hədəflərlə uyğunlaşdırılmış beş sosial-iqtisadi inkişaf prioritetinə nail olmaq üçün cəmiyyət, biznes və dövlət arasında münasibətləri gücləndirmək, COVID-19 pandemiyasından bərpa prosesi zamanı möhkəm biznes modelləri qurmaq, habelə beynəlxalq bazarlara çıxmaq və rəqabət qabiliyyətlərini artırmaq üçün yerli şirkətlərə kömək etməkdən ibarətdir.

Tərəflər, həmçinin BMT-nin Qlobal Sazişinin əmək, insan hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizəyə dair on prinsipini SİF və KOBİA-nın maliyyə alətləri və proseslərinə inteqrasiya etmək üçün birgə tədbirlər görəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.