DÜNYA


BMT yeni iğtişaşlardan sonra Ekvadorun penitensiar sistemində islahatlar aparmağa çağırır

Madrid, 10 may, AZƏRTAC

Ekvadordakı son həbsxana iğtişaşları uzun sürən böhranı həll etmək üçün ədliyyə sistemində islahatların aparılmasının vacibliyini nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib.

O qeyd edib ki, Ekvadorun Santo Dominqo de los Tsaçilas həbsxanasında ən azı 44 məhbus öldürülüb. Bununla da Cənubi Amerika ölkəsində son iki ildə bir-birinə rəqib banda toqquşmalarında həlak olan məhbusların sayı 400-ü ötüb.

2020-ci ildə Ekvador həbsxanalarında 46 zorakı ölüm qeydə alınıb. Lakin 2021-ci ildə həbsxana zorakılığı kəskin şəkildə artıb. Belə ki, ötən il müxtəlif hadisələrdə 316 məhbusun öldürüldüyü bildirilir. 2022-ci ildə artıq 64 ölüm hadisəsi qeydə alınıb.

Mişel Baçeletin sözlərinə görə, şəffaf şəkildə araşdırılmalı olan bu ölümlərə görə dövlət məsuliyyət daşıya bilər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.