MƏDƏNİYYƏT
BMÜTT və Azərbaycan arasında idman və turizm məsələlərinin müzakirəsinin xüsusi komissiya çərçivəsində təşkili məsələsi irəli sürülüb VİDEO
Madrid, 16 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Madrid şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak etmək üçün bu ölkədə səfərdə olub.
Səfər çərçivəsində nazir AZƏRTAC-a müsahibəsində “Bakı-2015” birinci Avropa Oyunlarında gözlənilən turist axını barədə məlumat verib.
İdmanın turizmin inkişafındakı önəmli roluna toxunan nazir qeyd etdi ki, BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) rəhbərliyi ilə görüşdə Azərbaycana turist axınının çoxaldılması məsələləri də müzakirə olunub. Həmçinin Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində bu qurumun da nümayəndə heyətinin iştirakı gözlənilir. Digər bir mövzu isə BMÜTT
tərəfindən təklif olunub. Belə ki, oyunlardan sonra sözügedən qurum və Azərbaycan arasında idman və turizm məsələlərinin müzakirəsinin xüsusi komissiya çərçivəsində təşkili məsələsi irəli sürülüb və Azərbaycan tərəfi buna öz razılığını bildirib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]