DÜNYA


BMW 121 min avtomobili geri çağırır

Pekin, 9 aprel, AZƏRTAC

Almaniyanın avtomobil brendi BMW Çin bazarında satdığı 121 min 381 avtomobili elektrik sistemindəki qüsurlara görə geri çağırır.

AZƏRTAC Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2009-2011-ci illərdə Çində istehsal olunan və xaricdən idxal edilən BMW 318i, 320i, 325i and X1 model nəqliyyat vasitələridir.

Mütəxəssislərin qənaətinə görə, konstruksiya qüsurları səbəbindən elektrik kabellərində qoşulmada problemlər ortaya çıxa bilər ki, bu da təhlükəli halların yaranması ilə nəticələnər.

BMW-nin Çindəki tərəfdaşı “Brilliance China Automotive Holdings” qüsurlu hissələri öz hesabına dəyişəcək.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.