DÜNYA


BMW Çinə 3,87 milyard dollar sərmayə qoyacaq

Pekin, 25 sentyabr, AZƏRTAC

Almaniyanın məşhur avtomobil istehsalçısı BMW Çinin Liaonin vilayətindəki ortaq müəssisələrinə 25 milyard yuan (təxminən 3,87 milyard ABŞ dolları) sərmayə yatıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə BMW-nin İdarə Heyətinin sədri Oliver Sipse Çində keçiriləcək beynəlxalq idxal sərgisinin təşviqinə həsr olunan onlayn konfransda deyib. Bu, Almaniya şirkətinin 2009-cu ildən bəri Çinin Şenyan şəhərinə yatırdığı 9,9 milyard dollarlıq sərmayəyə əlavə olacaq.

BMW-nin Çindəki əsas istehsal müəssisələri və tədqiqat mərkəzi Şenyanda yerləşir. Şirkətin Çindəki ortaq müəssisəsi olan “BMW Brilliance Automotive” bir neçə ildir Şenyanın ən böyük vergiödəyicisidir. Bu günlərdə müştərək müəssisədə 4 milyonuncu avtomobil istehsal olunub.

Qeyd edək ki, BMW 1994-cü ildə rəsmi olaraq Çin bazarına girəndən bəri satışları davamlı artır. Belə ki, 2004-cü ildə cəmi 8707 avtomobil satılmışdısa, ötən il bu rəqəm 777 mini ötüb. “BMW Group” keçən il Çin avtomobil satışı bazarının 3,11 faizinə malik olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.