İQTİSADİYYAT


BNA: 165 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

Bakı, 24 avqust, AZƏRTAC

Avqustun 25-dən 165 nömrəli marşrut xətti (Mehdiabad qəsəbəsi (Qarant Yaşayış Kompleksi) - A.M.Şərifzadə küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Binəqədi qəsəbəsində Binəqədi Gənclər Şəhərciyi, C.Cabbarlı küçəsi yaxınlığı, Binəqədi qəsəbə mərkəzi, “Muxtar" marketin yaxınlığı, Novxanı yolu,

Binəqədi şosesi işıqforun yanı, Rəsulzadə qəsəbəsindəki park ərazisində yerləşən “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.