ELM VƏ TƏHSİL


BNTİ ilə əməkdaşlıq Azərbaycanın bir çox elm və təhsil müəssisələrini əhatə edir

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda elmi müəssisənin direktoru, akademik Nazim Məmmədov BNTİ-nin beynəlxalq təşkilat olduğunu və bu təşkilatla əməkdaşlığın dövlət səviyyəsində aparıldığını vurğulayıb. O qeyd edib ki, BNTİ ilə əməkdaşlıq Azərbaycanın eyni fəaliyyət sahəsinə aid olan bütün elm və təhsil müəssisələrini əhatə edir.

BNTİ-nin nüvə problemləri laboratoriyasının baş elmi işçisi Nikolay Rusakoviçin “İnstitutun 7 illik inkişaf strategiyası proqramının planının hazırlığı. Avropa tədqiqat infrastrukturu sisteminə BNTİ-nin inteqrasiyası perspektivləri” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi BNTİ-nin qarşısında duran vəzifələrdən, aparılan tədqiqatlardan, əldə olunan elmi nailiyyətlərdən bəhs edib.

BNTİ-nin yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri Aleksandr Çeplakov “ATLAS eksperimentlərinin elmi nəticələri” və nüvə problemləri laboratoriyasının direktor müavini V.Qlaqolev “V.P.Celepov adına nüvə problemləri laboratoriyasının əsas tədqiqat istiqamətləri” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda müzakirələr aparılıb, seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.