İDMAN
BOBBİ FİŞER ABŞ VƏTƏNDAŞLIĞINDAN İMTİNA ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Röyter agentliyinin yaydığı xəbərə görə, şahmat üzrə keçmiş dünya çempionu Bobbi Fişer ABŞ-ın hakimiyyət orqanlarına bildirmişdir ki, o, Amerika vətəndaşlığından imtina edir.
Əfsanəvi şahmatçının vəkili Masako Sudzuki demişdir ki, Fişer ABŞ-ın Tokiodakı səfirliyinə zəng vuraraq, öz qərarı barədə məlumat vermişdir. O demişdir ki, beləliklə, Fişer bir müddət vətəndaşlığını itirmiş şəxs olacaqdır. Onun tərəfdarları və pərəstişkarları çalışacaqlar ki, BMT-nin qaçqınların işləri üzrə Ali komissarı Fişerə qaçqın statusu versin.
Xatırladaq ki, Fişer hazırda Tokionun beynəlxalq hava limanının deportasiya mərkəzində saxlanılır. O, ABŞ-ın tələbi ilə tutulmuşdur. Şahmatçı keçmiş Yuqoslaviyaya qarşı qadağaları pozmaqda təqsirləndirilir. ABŞ qanunvericiliyinin qadağasına baxmayaraq, 1992-ci ildə Fişer bu ölkədə sabiq sovet şahmatçısı Boris Spasski ilə matç keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]