İDMAN


BOKSÇULARIMIZ BEYNƏLXALQ İSTANBUL TURNİRİNDƏ YEDDİ MEDAL QAZANMIŞLAR

Azərbaycanın yeniyetmə boksçuları İstanbulda başa çatan Əhməd Comərd adına beynəlxalq turnirdə yeddi qızıl medal qazanmışlar. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 14 ölkədən 100-dən çox boksçunun iştirakı ilə keçirilən yarışlarda ölkəmizi 12 idmançı təmsil edirdi.

Elçin Əlizadə (81 kq), Nicat Ələsgərov (91 kq) və Firdovsi Quliyev (91 kq-dan yuxarı) turnirin qızıl medalına layiq görülmüşlər. Elşən İsmayılov (54 kq), Cəbi Sahilov (75 kq), Elnur Qədimov (75 kq) və Zaur Teymurov (81 kq) bürünc medal qazanmışlar.

Komanda hesabında birinci yerə rinq sahibləri, ikinci yerə Azərbaycan, ücüncü yerə isə Qazaxıstan idmançıları çıxmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.