İDMAN
BOKSÇULARIMIZ DÜNYA ÇEMPİONATININ MEDALLARINASAHİB OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, noyabrın 20-də Çinin Mianyanq şəhərində boks üzrə dünya çempionatı başa çatmışdır.
Baş məşqçi Məmməd Eyvazovun rəhbərliyi ilə respublikamızı təmsil edən yığma komanda heyətində Romal Amanov (60 kq) finalda kubalı Yordenis Uqasa məğlub olaraq (42:28) dünya çempionatının gümüş medalına layiq görülmüşdür. Digər final qarşılaşmasında isə rusiyalı Aleksandr Alekseyevlə görüşməli olan Elçin Əlizadə (91 kq) zədələndiyi üçün görüşü buraxmış və gümüş medalla kifayətlənməli olmuşdur. Çıxışını yarımfinal döyüşlərində dayandıran Emil Məhərrəmov (64 kq) isə bürünc medal qazanmışdır.
Beləliklə, dünya çempionatını iki gümüş və bir bürünc medalla başa vuran Azərbaycan boksçuları, komanda hesabında Özbəkistan, Bolqarıstan, Belarus, Ukrayna, ABŞ kimi yığmaları qabaqlayaraq 6-cı yeri tumuşlar.