İDMAN


BOKSÇU AĞASI MƏMMƏDOV DÖRDDƏBİR FİNALDA YARIŞACAQDIR

AZƏRTAC xəbər verir ki, Afina Olimpiadasında yarışan ən titullu boksçumuz, dünya çempionu Ağası Məmmədov avqustun 20-də 1/8 finalda Bolqarıstan idmançısı ilə qarşılaşmışdır.

İlk raunddan təşəbbüsü ələ alan idmançımız döyüşü sonadək inamla davam etdirmiş və uduzduğunu hiss edən rəqibinin bəzi hallarda aşkar kobudluğa da yol verməsinə baxmayaraq, onun hesabda irəli çıxmasına heç bir ümid yeri qoymamışdır. Ağası Məmmədov özünə xas olan üslubda döyüşərək, böyük üstünlüklə qalib gəlmişdir – 35:16.

İdmançılarımıza yeni uğurlar arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.