İDMAN


BOK 2012-ci il Olimpiadasının dopinq sınaq nümunələrini bir daha yoxlayacaq

Bakı, 3 noyabr, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2012-ci ildə London Olimpiadası keçirilən dövrdə götürülmüş dopinq sınaq nümunələrini bir daha yoxlayacaq.

AZƏRTAC xəbər verir ki, nümunələrin təkrar yoxlanılması üçün müasir metodikalardan istifadə ediləcək.

Yoxlamanı Müstəqil Dopinq Testləşdirmə Təşkilatı (İTA) aparacaq. Sınaq nümunəsi şübhə doğurduqda idmançıya bu barədə məlumat veriləcək və bundan sonra, ola bilsin ki, təhqiqat başlanacaq.

Bundan əvvəl BOK London Olimpiadası keçirilən dövrdə götürülmüş 500-dən çox dopinq sınaq nümunəsini təkrar yoxlayıb. Təkrar yoxlamalar nəticəsində 48 halda pozuntular aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.