İDMAN


BOK Yaponiya xəritəsinə Kuril adalarının cənub hissəsinin salınmasını “Tokio-2020”nin təşkilat komitəsi ilə müzakirə edəcək

Bakı, 9 avqust, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Yaponiya xəritəsinə Kuril adalarının cənub hissəsinin salınması vəziyyətini “Tokio-2020” Olimpiya Oyunlarının təşkilat komitəsi ilə müzakirə edəcək. Bu barədə TASS agentliyinə BOK-un mətbuat xidmətində bildiriblər.

AZƏRTAC xəbər verir ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının rəsmi saytında dərc edilən Olimpiya məşəlinin estafet marşrutunun daxil edildiyi Yaponiya xəritəsinə Rusiyanın Kuril adalarının cənub hissəsi salınıb. Xəritədə adalar Hokkaydonun şimal prefekturasına aid edilib. Orada məşəl gələn ilin 14-15 iyun tarixlərində olacaq. Bundan başqa, Yaponiyanın tərkibinə, həmçinin Takesima (Tokto) adaları daxil edilib ki, bu adalar ucbatından Tokio və Seul arasında ərazi mübahisələri aparılır. Cənubi Koreya daha əvvəl də bununla bağlı etirazını bildirib.

Məlumatda deyilir: “Biz “Tokio-2020”nin təşkilat komitəsinin müraciətini nəzərinizə çatdırırıq. Müraciətdə onlar başa salırlar ki, veb-saytlarındakı xəritə bu rayonun topoqrafiya xəritəsidir. BOK təşkilat komitəsi ilə bu mövzunun müzakirəsini davam etdirəcək”.

Moskva və Tokio ötən əsrin ortalarından İkinci Dünya müharibəsinin yekunları üzrə sülh müqaviləsinin hazırlanması barədə fasilələrlə danışıqlar aparır. Onun bağlanması üçün əsas maneə Kuril adalarının cənub hissəsinin mənsubluğu məsələsi olub. 1945-ci ildə bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib. Lakin yapon tərəfi İturup, Kunaşir, Şikotan və Yaponiyada Habomai adlandırılan, hazırda əhalisiz adalar qrupunun mənsubluğuna razı deyil. RF XİN dəfələrlə vurğulayıb ki, müvafiq beynəlxalq-hüquqi qanuniləşdirməyə malik olan Rusiya suverenliyi bu adalar üzərindədir, buna şübhə ola bilməz.

Xatırladaq ki, Tokioda Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.