İDMAN


BOK koronavirusun “Tokio-2020”nin təşkilinə zərər verəcəyindən narahatdır

Bakı, 14 fevral, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndə heyəti Yaponiyanın paytaxtı Tokioda səfərdədir. Nümayəndə heyəti dünyanı cənginə alan koronavirusun bu ilin yayında Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının təşkilinə zərər verəcəyindən narahatdırlar. Narahatçılığa səbəb Yaponiyada bu virusdan ölüm faktının qeydə alınmasıdır. Həmçinin Tokio yaxınlığında yerləşən Yokohama limanındakı kruiz gəmisində 218 nəfərdə koronavirusun əlamətləri aşkarlanıb və onlar karantinə alınıblar.

AZƏRTAC “arabnews” portalına istinadla xəbər verir ki, “Tokio-2020” Olimpiya Oyunları Təşkilat Komitəsinin sədri Yoşiro Mori yarışların təxirə salınması və ya ləğvi barədə düşünmədiklərini deyib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları artıq 5 aydan sonra başlayır və Olimpiadanın məşəl estafetinə gələn ay start veriləcək.

Tokioya səfər edən BOK-un nümayəndə heyətinin tərkibində tibbi və elmi sahə üzrə direktor Riçard Bücett də yer alıb. BOK-un əlaqələndirmə komissiyasının rəhbəri Con Kouts “Tokio-2020”nin Təşkilat Komitəsindən və şəhər rəhbərliyindən virusla bağlı mütəmadi hesabat verməyi xahiş edib.

Xatırladaq ki, koronavirus səbəbindən Formula 1-in Şanxay mərhələsi təxirə salınıb. Bundan başqa, aprel ayında Pekində keçirilməsi nəzərdə tutulan “SportAccord” konfransı da baş tutmayacaq. Bu, son deyil. Virus, eyni zamanda, Çinin Nankin şəhərində qapalı məkanda atletika üzrə dünya çempionatlarını, qolf turnirlərini, futbol matçlarını, eləcə də Olimpiada lisenziya yarışlarını cədvəldən çıxarmağa məcbur edib.

Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.