İDMAN


BOK-un komissiyası Rusiya Antidopinq Agentliyinə qarşı təcili tədbirlər görməyə çağırıb

Bakı, 4 yanvar, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idmançılar komissiyası Rusiya Antidopinq Agentliyinə qarşı təcili tədbirlər görməyə çağırıb. BOK-un rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilib ki, Rusiya hökuməti müəyyən olunmuş müddətə - dekabrın 31-dək Moskvadakı Antidopinq laboratoriyasının məlumat bazasına girişi təmin etməyib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ötən ilin sentyabrında Dünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi Rusiya Antidopinq Agentliyinin 2015-ci ildə ləğv edilmiş statusunu bərpa etmişdi. Bunun müqabilində agentlik federal təhqiqatla bağlı möhürlənmiş Moskvadakı Antidopinq laboratoriyasının məlumat bazasına girişi təmin etməli idi. Lakin bu baş vermədiyi üçün Rusiya agentliyi yenidən statusundan məhrum ola bilər. Bundan başqa, rusiyalı idmançıları xarici ölkələrdə yarışlarda iştirakdan və Rusiyanı beynəlxalq yarışlara ev sahibliyi etməkdən kənarlaşdıra bilərlər.

Bəyanatda bildirilib ki, BOK-un komissiyasının yanvarın 14-də keçiriləcək iclasında müvafiq tövsiyələr baxılması və təcili tədbirlər görülməsi üçün Dünya Antidopinq Agentliyinə təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.