SİYASƏT


BOLQARISTANDA TƏHSİL ALAN TƏLƏBƏLƏRİMİZ YENİ CƏMİYYƏT YARATMIŞLAR

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Bolqarıstanın Blaqoyevqrad şəhərindəki Amerika Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə 2003-cü il dekabrın sonlarında “Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti” yaratmışdır. Gələcəkdə cəmiyyət Bolqarıstanın Sofiya, Varna və digər şəhərlərində təhsil alan, habelə yaşayan azərbaycanlıları da öz sıralarına cəlb etmək niyyətindədirlər.

Cəmiyyət üzvləri oxuduqları universitetin kitabxanasının nəzdində Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən guşə yaratmaq istəyirlər. Bu günlərdə tələbələr Dövlət Komitəsində olmuş və bu işdə onlara kömək göstərilməsini xahiş etmişlər. Cəmiyyətin yeni yaradıldığını nəzərə alaraq, onların təşkilatlanmasına və yerli hakimiyyət orqanları ilə əlaqələrinin qurulmasına kömək məqsədi ilə komitə əməkdaşlarının yaxın vaxtlarda Bolqarıstana səfərləri planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.