RƏSMİ XRONİKA
BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB GEORGİ PIRVANOVA
Hörmətli cənab Prezident,
Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün Bolqarıstan xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Bolqarıstan arasında dostluq və əməkdaşlıq əlaqələrinin hərtərəfli inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 26 fevral 2004-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:46]
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİB
- 24.04.2024 [11:35]