İDMAN


BOLQAR ŞAHMATÇISI ANTOANETA STEFANOVA DÜNYA ÇEMPİONUDUR

AZƏRTAC xəbər verir ki, Kalmıkiyanın paytaxtı Elistada şahmatçı qadınların dünya çempionatı başa çatmışdır. Çempionatın dörd oyundan ibarət final matçında bolqar Antoaneta Stefanova rusiyalı Yekaterina Kovalevskayanı vaxtından əvvəl, 2,5:05 hesabı ilə məğlubiyyətə uğradaraq, dünya çempionu adını qazanmışdır.

Dünya çempionatının ümumi mükafat fondu 500 min dollar olmuşdur.

Xatırladaq ki, əvvəlki dünya birinciliyində şahmat tacını çinli Çju Çen qazanmışdı. O, indiki çempionatda oynamaqdan imtina etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.