İQTİSADİYYAT
“BORÇALI”BANKIN RƏHBƏRİ HAQQINDA CİNAYƏT İŞİ AÇILMIŞDIR
Milli Bankın Mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, “Borçalı” kommersiya bankı Müşahidə Şurasının sədri Novruz İsmayılov haqqında cinayət işinin açılması ilə əlaqədar istintaqa başlanmışdır. O, həm də bu bankın səhmdarlarından biridir və cinayət işi onun bankın digər səhmdarları ilə münasibətlərindən doğan iddialar əsasında açılmışdır. Bankın bir sıra səhmdarları Novruz İsmayılovun bankın səhmlərini qanunsuz olaraq ələ keçirməsi ilə əlaqədar iddia ilə çıxış etmişlər. Bu iddiada onun şəxsi gəlirlərini düzgün bəyan etməməsi, gizlətməsi və vergidən yayınması əsas götürülür. Hazırda Vergilər Nazirliyi tərəfindən araşdırmalar davam etdirilir. Bu müddət ərzində Xətai rayon məhkəməsinin qərarı ilə Novruz İsmayılov haqqında həbs qətimkan tədbiri seçilmişdir.
Qeyd edək ki, səhmdarlar arasında mövcud olan korporativ münaqişə ilə əlaqədar Milli Bank bundan əvvəl “Borçalı”bankına əmanətlər cəlb etməyi qadağan etmişdi. Ona görə də hazırda bankda əhalinin əmanətləri yoxdur və yaranmış vəziyyət əhaliyə heç bir ziyan törədə bilməz.