İQTİSADİYYAT
BORCLAR ÖDƏNİLMƏSƏ, TELEFON RABİTƏSİ MƏHDUDLAŞDIRILA BİLƏR
“Aztelekom” İstehsalat Birliyi yeni il ərəfəsində telefonların fasiləsiz işləməsini təmin etmək üçün vətəndaşlar, müəssisə və təşkilatlardan göstərilmiş xidmətlərə görə bu il dekabrın 15-dək olan borclarını ayın 25-dək ödəmələrini xahiş edir.
Birlikdən AZƏRTAC-a bildirmişlər ki, borclarını ödəməyənlərin telefon xidmətindən istifadəsinə məhdudiyyət qoyula bilər. Abunəçilər öz borclarını “Aztelekom”un Tbilisi prospektindəki 3166-cı məhəllədə (20 Yanvar metrosunun yaxınlığında) və S.Rüstəm küçəsi, 54 ünvanlarında yerləşən abunə şöbələrində, həmçinin bütün poçt şöbələrində, eyni zamanda, poçtalyonları evə dəvət etməklə (bu xidmət növü pulsuzdur) ödəyə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]