DÜNYA


BOSNİYANIN HAKİMİYYƏT ORQANLARI 31 KÜTLƏVİ MÜSƏLMAN MƏZARLIĞI AŞKAR ETMİŞLƏR

AZƏRTAC xəbər verir ki, Röyter agentliyinin yaydığı məlumata görə, hərbi cinayətlərin araşdırılmasını tələb edən beynəlxalq birliyin təzyiqi ilə Bosniya hökuməti iyunun 4-də Srebrenitsada qətlə yetirilmiş minlərlə müsəlmanın cənazələrinin qalıqları olan 31 kütləvi məzarlığın tapıldığını bildirmişdir.

Hökumətin məlumatında deyilir: “Bosniya serbləri hakimiyyət orqanlarının və şahidlərin verdiyi məlumatlar Srebrenitsa hadisələrinin yeni təfsilatını aşkar etməyə və kütləvi məzarlıqların yerini müəyyənləşdirməyə imkan vermişdir”.

Məlumatda məzarlıqlardakı soyqırımı qurbanlarının sayı bildirilməsə də, ekspertlərin fikrincə, burada 2,5 min cəsəd ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.