Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB BERİJ BELKİÇƏ

Hörmətli cənab Prezident,

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün Bosniya və Herseqovina xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında genişlənməkdə olan dostluq və əməkdaşlıq əlaqələri daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bosniya və Herseqovina xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

25 fevral 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin