SİYASƏT
BOŞ QALMIŞ DEPUTAT YERLƏRİNƏ SEÇKİLƏR BAŞA ÇATMIŞDIR
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində Seçkilər İnformasiya Mərkəzinin direktoru İqbal Babayev AZƏRTAC-a bildirmişdir ki, saat 19.00-da səsvermə başa çatmış, seçki məntəqələri bağlanmışdır.
İlkin nəticələrə görə 24 saylı Nizami seçki dairəsində seçicilərin 57,7 faizi, 29 saylı Səbail seçki dairəsində 35,8 faizi, 101 saylı Xanlar-Daşkəsən seçki dairəsində isə 57,1 faizi artıq öz səsini istədiyi namizədin xeyrinə vermişdir.
Hər üç dairə üzrə səsvermədə seçicilərin 49,8 faizi iştirak etmişdir.
Səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmamışdır.
Xatırladırıq ki, üç seçki dairəsində yaradılmış 140 seçki məntəqəsində 120 min seçici qeydə alınmışdır.
Səsvermənin gedişini onlarla yerli və xarici müşahidəçi izləmişdir.