DÜNYA


BÖYÜK BRİTANİYANIN MOSKVADAKI SƏFİRİNƏ TƏQDİMAT VERİLMİŞDİR

AZƏRTAC-ın müxbirinin Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən aldığı xəbərə görə, Boris Berezovskinin Londondan Tbilisiyə gəlməsi ilə əlaqədar Böyük Britaniyanın Moskvadakı səfirinə təqdimat verilmişdir.

Dekabrın 5-də Böyük Britaniyanın səfiri R.Layn Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə dəvət edilmiş və ona İnterpol xətti ilə beynəlxalq axtarışda olan B.Berezovskinin Britaniya hakimiyyət orqanlarının saxta ad və soyad göstərilmiş sənədi əsasında bu yaxınlarda Londondan Tbilisiyə səfəri ilə əlaqədar təqdimat verilmişdir.

RF XİN-in məlumatında deyilir ki, bunu ancaq həmin səfərin təşkilinə kömək kimi qiymətləndirmək olar. Bu isə Britaniya hakimiyyət orqanlarının Rusiya-Britaniya münasibətlərinin müsbət inkişafına sadiqliyi barədə bəyanatlarına uyğun gəlmir və iki ölkə arasında etimad ab-havasını pozur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.