BÖYÜK BRİTANİYA HÖKUMƏTİ AZƏRBAYCANLI MÜTƏXƏSSİSLƏRƏ QAYĞI GÖSTƏRİR

Hər il bir neçə azərbaycanlı mütəxəssis Böyük Britaniya hökumətinin vəsaiti hesabına maliyyələşdirilən “Cheveninq təqaüdü” proqramı çərçivəsində bu ölkənin universitetlərində magistr təhsili alır.

British Council beynəlxalq təşkilatından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il Böyük Britaniyanın müxtəlif ali məktəblərində magistr təhsili almaq üçün keçirilmiş müsabiqədə dörd nəfər – Elmir İsmayılov, Rəşad Novruzov, Fərid Baxşıyev və Fəxriyar Cabbarov qalib gəlmişdir. Qaliblər Liverpul, Dandi, Ridinq və York universitetlərində təhsillərini davam etdirəcəklər.

Növbəti müsabiqə sentyabrın 15-də keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.