Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB TONİ BLEYERƏ

Hörmətli cənab Baş nazir,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Kraliçanın təvəllüd günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasında münasibətlərin hərtərəfli və ardıcıl inkişafından məmnunluq duyuram. Əminəm ki, dövlətlərarası əlaqələrimiz bundan sonra da qarşılıqlı surətdə faydalı əməkdaşlığımız üçün yeni-yeni imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin