Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ KRALIÇASI ÜLYAHƏZRƏT II ELİZABETƏ

Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Kraliçanın təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin zəngin tarixi var. Məmnunam ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün özünün geniş miqyasda inkişafı ilə xalqlarımızın mənafeyinə xidmət edir.

Sizə möhkəm cansağlığı, səadət, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin