BÖYÜK RƏHBƏRİN XATİRƏSİNƏ EHTİRAMLA
Mingəçevir Şəhər İcra Hakimiyyətində yaradılmış Heydər Əliyev guşəsini 30 mindən çox vətəndaş ziyarət etmiş, buradakı Xatirə kitabına 12 min nəfər öz kədərli ürək sözlərini yazmışdır.
İcra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, böyük rəhbərin vəfatının 40-cı günü ümumşəhər mitinqi, elm, təhsil, səhiyyə, sənaye müəssisələrində kütləvi tədbirlər keçiriləcək, şəhər məscidində ehsan mərasimi təşkil olunacaqdır.